|
|
|
|

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 23-24 iyun tarixlərində Azərbaycanda səfərdə olacaq.
525.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
TBMM sədri Milli Məclisin ev sahibliyi ilə keçiriləcək
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) 20-ci Konfransında iştirak edəcək.
Konfransda Kurtulmuş İslam ölkələri arasında siyasi, iqtisadi və parlament əməkdaşlığı barədə danışacaq, müharibələr və böhranlar nəticəsində didərgin düşmüş milyonlarla insan üçün beynəlxalq həmrəyliyə çağırış mesajları verəcək.
TBMM sədri, həmçinin iştirakçı ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.
Pərvanə Sultanova



