|
|
|
|

Hindistanın Assam əyalətində şiddətli yağışların yaratdığı daşqınlarda ölənlərin sayı artıb.
525.az xəbər verir ki, Hindistan mediası son 24 saat ərzində Assamın şimal-şərqindəki daşqınlar səbəbindən daha 10 nəfərin öldüyünü yazıb.
Bununla da, Assam əyalətində daşqınlarda ölənlərin sayı 41-ə çatıb.
Bildirilib ki, Hindistan ordusu da ştatda davam edən axtarış-xilasetmə işlərinə dəstək verir.
İbrahim Cəfərov



