
Filippində San Xose Milli Liseyində iki silahlı şəxs məktəbə hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində 3 şagird həlak olub.
İlkin məlumatlara görə, 5 şagird də yaralanıb.
Polis hücumla əlaqəsi olan iki şübhəlinin nəzarətə alındığını və şübhəlilərdən birinin hücumun baş verdiyi liseydə oxuyan şagird olduğunu bildirib.
Hadisədən sonra polis məktəb ətrafında təhlükəsizlik tədbirlərini artırmaq üçün əraziyə əlavə qruplar göndərib.
1500-dən çox şagirdin təhsil aldığı orta məktəbdə baş verən atışmanın səbəbi araşdırılır.
İbrahim Cəfərov



