https://525.az/img/pics/medium/2026-06/394430_87zujml30s.jpg Yay tətili sindromu - Əbülfəz Süleymanlı yazır
https://525.az/img/pics/medium/2026-06/395065_6jzcn0d058.jpg Numan Kurtulmuş Azərbaycana gəlir
https://525.az/img/pics/medium/2022-12/250611_vlm8p6h6sg.jpg Sağlamlıq imkanları məhdud uşaqlar üçün peşə təhsili imkanları
https://525.az/img/pics/medium/2026-06/394940_hcadvmixgn.jpg Meduzanın saçları
search
22 İyun 2026

Respublika Olimpiadasında ağırlıqqaldırmada növbəti medalçılar müəyyənləşib

Respublika Olimpiadasında ağırlıqqaldırmada növbəti medalçılar müəyyənləşib

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növündə oğlanların mübarizəsi davam edir.

525.az xəbər verir ki, ikinci yarış günü körpücük üzərinə ilk olaraq çəkisi 48 kq-a qədər olan yeniyetmələr çıxıblar.

Bu çəkidə qızıl medala Qazax idmançısı Ömər Abdalov layiq görülüb. Ömər 130 kq (57 kq + 73 kq) nəticə ilə yarışı birinci pillədə tamamlayıb.

Lənkəran təmsilçisi Mənsur Ağayev iki hərəkətin cəmində göstərdiyi 128 kq (57 kq + 71 kq) nəticə ilə gümüş medal qazanıb.

48 kq çəki dərəcəsində bürünc medalı Bakı idmançısı Elnur Əyyubov əldə edib. Əyyubov toplamda 121 kq (52 kq + 69 kq) nəticəyə imza atıb.

Qeyd edək ki, ağırlıqqaldırma yarışlarında atletlər bugün 4 çəki dərəcəsində mübarizə aparır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.