|
|
|
|

“Neftçi” Elvin Camalovla müqaviləni yeniləyib.
525.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Dayaq yarımmüdafiəçisi ilə yeni 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarında transfer olunmuş Camalov bu müddətdə 28 rəsmi oyun keçirib, 1 qol vurub.
Xatırladaq ki, "Neftçi" daha öncə Rüfət Abbasovu və Qustavo Klisman Dimaraeş Mirandanı heyətinə qatıb.



