|
|
|
|

DÇ-2028-in əsas mərhələsinin püşkü futzal millimizi Çexiya və Latviya yığmaları ilə bir qrupa saldı.
525.az xəbər verir ki, ev-səfər prinsipi ilə keçiriləcək matçların nəticəsinə uyğun olaraq, qrup mərhələsini ilk iki pillədə başa vuracaq komandalar mübarizəni davam etdirəcək. Təbii ki, millimiz də iddialıdır və vəsiqə qazanmaq üçün yarışacaq. Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç federasiyanın mətbuat xidmətinə açıqlamasında 12-ci qrupu dəyərləndirib:
“Yaxşı komandalarla bir qrupda yer almışıq. Çexiya ənənəvi olaraq hər zaman yaxşı səviyyədə olur. Onlar daim yüksək yerlər və böyük turnirlərə qatılmaq üçün mübarizə aparırlar. Latviya yığması da son illərdə inkişafdadır. Avropa çempionatının final mərhələsində iştirak ediblər, hətta əsas rəqiblərdən birini də məğlub etmişdilər. Bu onu göstərir ki, bizi iki güclü və mübariz komanda ilə oyunlar gözləyir. Ancaq nəticə qazanmaq mümkündür. Bizim də yaxşı komandamız var. Sadəcə düzgün hazırlıq keçməli, rəqiblərə qarşı həvəslə oynamalıyıq. Ümumiyyətlə pley-off oyunlarına vəsiqə qazanmaq üçün cəsarətli və əzmkar olmaq lazımdır”.



