|
|
|
|

Argentina millisinin azarkeşləri DÇ-2026 matçına gedərkən silahlı insidentlə üzləşiblər.
525.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Azarkeşlər taksi ilə stadiona yollanarkən naməlum şəxs avtomobilə atəş açıb. Hadisə nəticəsində taksi sürücüsü yaralanıb, argentinalı azarkeşlər isə xəsarət almayıblar.
Polis daha sonra azarkeşlərin stadiona təhlükəsiz çatdırılması üçün onları patrul avtomobilləri ilə müşayiət edib.
Hazırda ABŞ hüquq-mühafizə orqanları atəşi açan şəxsin axtarışını davam etdirir. Onun kimliyi hələ müəyyənləşdirilməyib.
Qeyd olunur ki, Argentina ilə Əlcəzair arasında keçirilən və 3:0 hesabı ilə başa çatan oyun ərəfəsində Kanzas şəhərində 5 silahlı insident qeydə alınıb. Nəticədə 1 nəfər həlak olub, 4 nəfər, o cümlədən taksi sürücüsü yaralanıb.



