
DÇ-2026-da dah bir qalmaqallı hadisə yaşanıb.
Bu, 1-ci turun Fransa - Seneqal matçı zamanı qeydə alınıb.
Həmçinin oxuyun: TRT-də ciddi şərhçi səhvi: DÇ-2026-dan uzaqlaşdırıldı - Video
Argentinanın "DirectTV Sports" kanalının şərhçisi Fransa ilə Seneqal arasında keçirilən oyunun canlı yayımında Fransanı “Afrika ölkəsi” adlandırıb.
Şərhçi ilk hissədən sonra efirdə belə deyib: “Nyu-Cersidə ilk hissə başa çatdı, Fransa – Seneqal matçında hesab 0:0-dır, hazırda Afrika komandaları arasında görüşdə hesab bərabərdir”.
Qeyd edək ki, daha əvvəl mundialda Murat Ekrem Çimenin İran - Yeni Zelandiya oyunu zamanı etdiyi ciddi şərhçi səhvi qalmaqala səbəb olmuşdu. Belə ki, o, təxminən 4 dəqiqə ərzində İranın hücumlarını Yeni Zelandiyanın, Yeni Zelandiyanın hücumlarını isə İranın hücumları kimi təqdim etmişdi (qol.az).



