
Azərbaycan və Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
525.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Mikayıl Cabbarovun İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Çadın dövlət naziri, maliyyə, büdcə, iqtisadiyyat, planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguilin ilə görüşündə aparılıb.
Görüş zamanı Azərbaycan ilə Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün mövcud potensialı yüksək qiymətləndiriblər.
Müzakirələr zamanı ticarət, investisiya, enerji, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olub. Qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təcrübə mübadiləsinin və işgüzar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.



