
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Abbas Əraqçi ilə Fars körfəzindəki gərginliyi və münaqişənin sülh yolu ilə həlli perspektivlərinə təhdidləri müzakirə ediblər.
525.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Lavrov və Əraqçınin görüşü Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
"Rusiya tərəfi regionda sabitliyin, təhlükəsizliyin və maneəsiz naviqasiyanın bərpası naminə hərbi əməliyyatlara son qoymaq üçün tez bir zamanda davamlı razılaşmaların əldə edilməsinin vacibliyini vurğulayıb", - açıqlamada deyilir.
Bundan əlavə, məlumatda bildirilir ki, nazirlər ikitərəfli gündəmdə olan bir sıra aktual məsələləri də müzakirə ediblər.
Pərvanə Sultanova



