
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 8,54 ABŞ dolları və ya 8,49 % artaraq 109,1 ABŞ dolları təşkil edib.
Bu barədə 525.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 104,92 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 8,49 ABŞ dolları və ya 8,78 % artaraq 105,18 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.



