
İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) 5 442 mənzilinin satışı üçün 275,8 milyon manat güzəştli kredit verib.
525.az xəbər verir ki, bunu Fondun Baş meneceri Rasim Abdullayev bildirib.
Onun sözlərinə görə, son illər güzəştli ipoteka kreditləşməsi üçün hər il dövlət büdcəsindən 85 milyon manat vəsait ayrılır: "Bu vəsaitlərin bir hissəsi Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş bölgü əsasında istifadə edilir. Bildiyiniz kimi, MİDA mənzillərlə bağlı bir ay öncədən elan verir və bundan sonra satış həyata keçirilir. Ötən il agentliyin mənzillərinə 379, əvvəlki il 470 kredit ayrılıb. Bu rəqəm MİDA-nın həmin dövrdə bazara çıxardığı mənzillərin sayından asılı olaraq dəyişir".



