
"Məktəblər, dövlət idarələri, ticarət və xidmət müəssisələrinin eyni vaxtda fəaliyyətə başlaması sıxlıq və tıxac yaradır. Ancaq məktəblər, dövlət idarələri və s.-nin iş rejimləri fərqli vaxtlarda başlasa, bu zaman yaranmaz".
Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli deyib. Ekspert bildirib ki, bu zaman paytaxt yollarında nəqliyyat axını tənzimlənər:
"Yeni iş qrafiki müəyyən edilərkən həm dövlət, həm də özəl sektorun fəaliyyət qrafikləri bir-biri ilə uyğunlaşdırılmalıdır. Bu, başlıca şərtdir. İlk başlarda sosial uyğunlaşma dövrü olacaq. İnsanların iş və həyat ritmi dəyişdiyi üçün ilk mərhələdə müəyyən narahatlıqlar yarana bilər. Amma zaman keçdikcə bu sistemə adaptasiya mümkündür və onun faydası aydın şəkildə hiss olunacaq".
Sevinc Qarayeva



