https://525.az/img/pics/medium/2026-07/398408_djy3bj8wvd.jpg Messiyə qalmayan futbol - İlqar Tağıyev yazır  
https://525.az/img/pics/medium/2026-07/398373_ihc52817zu.jpg Xalqa xidmətlə, sözə məhəbbətlə bəzənən ömür - Abid Tahirli yazır
https://525.az/img/pics/medium/2026-07/398343_7c6yba7m30.jpg Kütləvi maliyyələşmə qanununun qəbulu nəyi dəyişəcək?
https://525.az/img/pics/medium/2026-07/398341_xb61uy3vz1.jpg Berlin-Bakı münasibətləri strateji mərhələdə
search
24 İyul 2026
23 İyul 2026

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi

Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

525.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bu gün PFL-in Ümumi Yığıncağı keçirilib.Tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Yığıncaqda növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkilərinə start verilib. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib. 

Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti 4 il müddətində PFL-in idarə heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:

Elxan Səmədov – PFL prezidenti

Məlik Həsənov – İdman işləri üzrə müşavir

Aslan Şahgəldiyev – Vitse-prezident

Zaur Hacı-Məhərrəmov – İcraçı direktor

Elgiz Abbasov – Texniki-idman direktoru

Sənan Abdullayev – Media və marketinq direktoru

Qeyd edək ki, Elxan Səmədov 2022-ci ilin iyul ayından PFL-in prezidentidir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.