
Azərbaycanın Tatar icmasının təşkilatçılığı ilə iyulun 25-26-da Buzovna qəsəbəsində "SeaBandTune 2026 2.0 Summer Camp" festivalını keçiriləcək.
525.az icmaya istinadən xəbər verir ki, festival BMT-nin Beynəlxalq Dostluq Gününə və Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunub.
Festivalın proqramında peşəkar sənətçilərin, respublika və beynəlxalq müsabiqə qaliblərinin, həvəskar yaradıcılıq kollektivlərinin, həmkarlar ittifaqlarının nümayəndələrinin, eləcə də tatar icmasının tərəfdaşları və s. iştirakı nəzərdə tutulur.
İyulun 25-də "Gilavar" istirahət mərkəzində keçiriləcək festivalın qonaqlarını idman oyunları, ustad dərsləri, sərgilər, konsert proqramı və açıq havada axşam kino nümayişi gözləyir.
Növbəti gün, iyulun 26-da idman oyunları, "pre-party", DJ-diskoteka və qısametrajlı filmlər festivalı keçiriləcək.



