
Argentina millisi DÇ-2026-dakı ilk oyununda Lionel Messinin het-triki sayəsində Əlcəzairi 3:0 hesabı ilə məğlub edib.
525.az xəbər verir ki, bu, 39 yaşlı forvardın mundiallarda ilk het-trikidir.
Messi dünya çempionatlarında bir oyunda 3 qol vuran sayca dördüncü argentinalıdır. Leoya qədər həmyerlilərindən Qonsalo İquain, Qabriel Batistuta və Gilyermo Stabile mundialda het-trik müəllifi olub. Batistuta həm də dünya çempionatlarında iki dəfə het-trik edən yeganə argentinalıdır.
Qeyd edək ki, Argentina yığması DÇ-2026-da növbəti oyununu iyunun 22-də Avstriyaya qarşı keçirəcək.



