
Rusiyada futbol matçı zamanı meydana inək çıxıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qeyri-adi hadisə Bryansk vilayət birinciliyində yaşanıb.
1/16 final mərhələsində "Orbita" - BXZ matçının ikinci hissəsində hakim inəyə görə oyunu dayandırmaq məcburiyyətində qalıb. Az sonra otlaq sahəsini səhv salan məməli meydandan qovulub və oyun davam etdirilib.
Yeri gəlmişkən, qarşılaşma BXZ-nin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
L.Tağıyeva



