
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,94 ABŞ dolları və ya 4,55 % azalaraq 82,61 ABŞ dolları təşkil edib.
Bu barədə 525.az xəbər verir.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 80,9 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,95 ABŞ dolları və ya 4,68 % azalaraq 80,35 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.



