
“ABŞ-ın İrana investisiya yatırmaqla bağlı hər hansı öhdəliyi yoxdur”.
525.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Qətər əmiri Təmim bin Həməd Əl-Tani ilə görüşdə deyib.
O, yayılan məlumatların şayə olduğunu deyərək, onları gülünc adlandırıb.
“Tehrana maliyyə investisiyası qoymaq öhdəliyi yoxdur”, - Tramp söyləyib.
Bununla yanaşı, zərurət yaranacağı təqdirdə gələcəkdə İranla bağlı əlavə addımların atılmasının mümkünlüyünü də istisna etməyib.
Pərvanə Sultanova



