
Azərbaycanın Baş Prokuroru Kamran Əliyev Türkiyənin Qars şəhərində səfərdədir.
525.az xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı Baş Konsulluğu "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"15 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və Türkiyə Respublikası Ali Məhkəməsinin Respublika Baş Prokuroru Muhsin Şentürk Qars Ədliyyəsini ziyarət ediblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, K.Əliyev və M.Şentürk Baş Konsulluqda da olublar.



