https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
https://525.az/img/pics/medium/2025-10/367606_yp1dbcw343.jpg Həyat həqiqətləri bədii təxəyyül işığında - Tural Adışirin yazır
https://525.az/img/pics/medium/2022-03/220713_pqe3s6s2c5.jpeg Kimsə bilməz Tanrı dağın yaşını... - Ağacəfər Həsənli yazır
search
25 İyul 2026
24 İyul 2026

Avstraliya millisinin futbolçusu kokain testindən keçə bilmədi

Avstraliya millisinin futbolçusu kokain testindən keçə bilmədi

Avstraliya millisinin və "Sassuolo"nun yarımmüdafiəçisi Kristian Volpato Sidneydə qalmaqalla gündəmə gəlib.

525.az "BBC Sport"a istinadən xəbər verir ki, Yeni Cənubi Uels polisi 22 yaşlı futbolçunun bir gecədə iki dəfə sürət həddini aşdığına görə saxlanıldığını açıqlayıb. İkinci yoxlama zamanı aparılan narkotik testi kokainə görə ilkin müsbət nəticə verib.

Volpatonun sürücülük vəsiqəsinin ştat ərazisində qüvvəsi müvəqqəti dayandırılıb, əlavə laborator analiz üçün nümunə götürülüb. Araşdırma davam edir.

Avstraliya Futbol Federasiyası futbolçu ilə əlaqə saxladıqlarını və prosesi izlədiklərini bildirib. Oyunçular ittifaqı da Volpatoya dəstək verəcəyini açıqlayıb. "BBC Sport" isə məsələ ilə bağlı "Sassuolo"dan rəsmi açıqlama istəyib.

Qeyd edək ki, 2023-cü ildən "Sassuolo"nun formasını geyinən Kristian Volpato ötən mövsüm çempionatda 24 oyuna çıxıb. Daha əvvəl İtaliyanın aşağı yaş qrupları üzrə millilərində çıxış edən yarımmüdafiəçi may ayında Avstraliya millisini seçib. O, DÇ-2026-da 3 matçda oynayıb və komandasının 1/16 finala yüksəlməsinə kömək edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.