
Qərbi Missuridə sərnişin təyyarənin qəzaya uğraması nəticəsində 11 sərnişin və pilot həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bazar günü yerli vaxtla 11.35-də (Bakı vaxtı ilə 20.35) baş verib.
"Batler Memorial" hava limanından havaya qalxan təyyarə bir neçə saniyə sonra 300 metr kənarda yerə çırpılıb. Qəzadan sonra təyyarədə yanğın başlayıb.
Qeyd edək ki, qəzanın səbəblərini dünən hadisə yerində işə başlayan Nəqliyyatda Təhlükəsizlik Milli Birliyinin əməkdaşları araşdırır.
L.Tağıyeva



