
Bu ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya 433,7 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % azdır.
Hesabat dövründə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1 il əvvələ nisbətən 21,8 % artaraq 306,2 milyon ABŞ dolları, Gürcüstan istiqamətində 83,1 % artaraq 229,7 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 39,7 % artaraq 178,75 milyon ABŞ dolları olub.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl daxil olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 3,65 dəfə artaraq 5,1 milyard ABŞ dolları təşkil edib.



