
Ölkənin cənub-qərbində Santa-Yelena əyalətində dəhşətli avtomobil qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 12 nəfər hadisə yerində həlak olub.
Sapotal şəhəri yaxınlığında yaşanan qəzanın iştirakçıları olan yolsuzluq və yük avtomobilləri "kəllə-kəlləyə" gəliblər. Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsində yanğın başlayıb. Qəzanın hansı səbəbdən yaşandığı aydınlaşdırılır.
Yeri gəlmişkən, faciə zamanı cəmi 1 nəfərin həyatını xilas etmək mümkün olub. Həmin sərnişin ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Ekvadorda bu tip qəzalar tez-tez olur. Sürət həddinin aşılması və sürücülərin idarəetmədə buraxdığı səhvlər ağır qəzalarla sonuclanır.
L.Tağıyeva



