
İndoneziyanın Sulavesi adasında 6.7 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 11:27-də qeydə alınıb. Episentri Mərkəzi Sulavesi əyalətinin Palu şəhərindən təqribən 46 kilometr cənub-şərqdə yerləşən yeraltı təkanlar 10 km dərinlikdə baş verib. Tələfat və ciddi dağıntılar barədə məlumat yoxdur.
İndoneziya fəlakətlərin idarə edilməsi və meteorologiya agentlikləri zəlzələdən sonra sunami xəbərdarlığı etməyiblər.
İbrahim Cəfərov



