
Efiopiyada ağır yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Efiopiya polisi məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, Dessie və Kombolça şəhərləri arasında paytaxt Əddis Əbəbəyə doğru hərəkət edən sərnişin avtobusu təxminən 100 metr dərinlikdəki dərəyə aşıb.
Qəza nəticəsində 28 nəfər ölüb, onlarla insan yaralanıb. Yaralananlardan bəzilərinin vəziyyəti ağırdır.
Qəzanın səbəbləri ilə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov



