
Çinin Qinghai əyalətində 6.3 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat yayıb.
Qeyd olunub ki, 10 kilometr dərinlikdə baş verən zəlzələdə 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
İbrahim Cəfərov



