https://525.az/img/pics/medium/2026-06/394505_xgs9m9fs3b.jpg Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir
https://525.az/img/pics/medium/2026-06/394430_87zujml30s.jpg Gələcəyin qapısını hansı peşə açacaq? - Əbülfəz Süleymanlı yazır
https://525.az/img/pics/medium/2026-06/394462_0uiwzshtbn.jpg “İran heç vaxt nüvə silahına malik olmayacaq” - Tramp
https://525.az/img/pics/medium/2026-06/394459_8swtfw6fzp.jpeg Əli Əsədov Özbəkistana işgüzar səfər edib
search
17 İyun 2026
16 İyun 2026

Rəşad Sadıqovdan püşkə münasibət

Rəşad Sadıqovdan püşkə münasibət

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü ilə bağlı fikirlərini bildirib.

525.az xəbər verir ki, R.Sadıqov bu barədə klubun mətbuat xidmətinə danışıb.

Püşkün nəticəsinə əsasən, “Zirə” Gürcüstanın “Torpedo” (Kutaisi) komandasına rəqib olub. R.Sadıqov püşklə bağlı bildirib:

“Əslində bütün çalışmalarımız Premyer Liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu. Bu mərhələdə isə rəqibimiz “Torpedo”dur. Rəqib çox təcrübəli komandadır. Mütəmadi avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdir. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır. 

Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, sonda mərhələ keçən tərəf olmaq istəyirik”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.