https://525.az/img/pics/medium/2026-06/394505_xgs9m9fs3b.jpg Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir
https://525.az/img/pics/medium/2026-06/394430_87zujml30s.jpg Gələcəyin qapısını hansı peşə açacaq? - Əbülfəz Süleymanlı yazır
https://525.az/img/pics/medium/2026-06/394462_0uiwzshtbn.jpg “İran heç vaxt nüvə silahına malik olmayacaq” - Tramp
https://525.az/img/pics/medium/2026-06/394459_8swtfw6fzp.jpeg Əli Əsədov Özbəkistana işgüzar səfər edib
search
17 İyun 2026
16 İyun 2026

Zidan Fransanın yox, Əlcəzairin oyununa gedəcək

Zidan Fransanın yox, Əlcəzairin oyununa gedəcək

Fransa millisinin sabiq futbolçusu və “Real” Madridin keçmiş baş məşqçisi Zinəddin Zidan DÇ-2026-da Fransa - Seneqal oyununu stadiondan izləməyəcək.

525.az xəbər verir ki, bu barədə “Actu Foot” məlumat yayıb.

Mənbənin iddiasına görə, Zidan iyunun 16-da keçiriləcək Fransa - Seneqal matçı əvəzinə Argentina - Əlcəzair qarşılaşmasına yollanacaq.

Buna səbəb isə onun oğlu Luka Zidandır. Bildirilir ki, Zinəddin Zidan Əlcəzair millisinin formasını geyinən oğlunun oyununu canlı izləmək istəyir.

Qeyd edək ki, Argentina və Əlcəzair milliləri DÇ-2026-nın J qrupunun ilk turunda üz-üzə gələcəklər. Luka Zidanın bu görüşdə meydana çıxıb-çıxmayacağı isə hələlik məlum deyil.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.