|
|
|
|

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə üzvlük haqqını ödəməməsi məsələsi müzakirə olunur”.
525.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Taalatbek Masadıkov bildirib.
"Bəli, bu məsələ müzakirə olunur. Bu yaxınlarda Kazanda Xarici İşlər Nazirləri Şurasının iclasında mövzu gündəmdə idi. KTMT-yə üzv ölkələr Ermənistanın statusunu və üzvlük haqqının ödənilməməsinə görə səsvermə hüquqlarının ləğvini müzakirə edirlər. Ermənistan üç ildir ki, üzvlük haqqını ödəmir", - Masadıkov deyib.
Onun sözlərinə görə, Ermənistan de-yure KTMT-nin tamhüquqlu üzvü olsa da, de-fakto təşkilatın fəaliyyətində iştirak etmir. Bununla yanaşı, o vurğulayıb ki, KTMT-də üzvlüklə bağlı qərar vermək Ermənistan xalqının və Ermənistan rəhbərliyinin səlahiyyətindədir.
Pərvanə Sultanova



