
Vyetnam polisi pişik oğurluğu ilə məşğul olan qrupu zərərsizləşdirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar pişikləri kəsərək qida üçün satırmışlar.
Əməliyyat zamanı xüsusi saxlanc yerində 400-dən çox pişik aşkarlanıb. Onların əksəriyyəti sahiblərinə qaytarılıb.
Hər şey bir qrup sakinin pişiklərinin itməsi ilə bağlı şikayətindən sonra başlayıb. Bundan sonra hüquq-mühafizə orqanları 9 nəfərdən ibarət cinayətkar qrupun izinə düşüb.
45 qəfəsdə saxlanılan pişikləri üzə çıxarılıb. Bundan başqa daha 21 pişik başqa yerdə aşkarlanıb. Xüsusi soyuducuda saxlanılan 80 leş də həmçinin.
Qeyd edək ki, cinayətkarlar pişikləri Hoşimin, Teynin və Anzyanq əyalətlərində oğurlayırmış.
L.Tağıyeva



