
Texas ştatında kiçikmühərrikli təyyarənin avtomobil yoluna məcburi eniş etməsi qəza ilə nəticələnib.
525.az xarici KİV-ə istinadən xəbər ki, Loredo şəhərində düşən təyyarədə yanğın başlayıb.
Göyərtədə olan 5 nəfərdən dördü, o cümlədən pilot sağ qalıb. 1 sərnişin həyatını itirib.
Qeyd edək ki, qəzanın baş vermə səbəbləri araşdırılır. İlkin ehtimala görə qəza texniki nasazlıq üzündən yaşanıb.
L.Tağıyeva



