
Bakı Dövlət Universitetinin (BDU) “Web of Science Core Collection” bazasında ən yüksək - Q1 kvartilli jurnallar siyahısında yer alan “Applied and Computational Mathematics” və “TWMS Journal of Pure and Applied Mathematics” jurnalları bazada ilk onluğa daxil edilib.
525.az-a bu barədə BDU-dan məlumat verilib. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, “Applied and Computational Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 3.8, 5 il üzrə orta impakt faktoru 2.7 təşkil edib. Bu nəticə ilə jurnal dünyada tətbiqi riyaziyyat kateqoriyası üzrə 345 beynəlxalq nəşr arasında 5-ci yerdə qərarlaşıb.
Agentliyin rəsmi məlumatına əsasən, “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının təsir əmsalı 3.4, 5 il üzrə orta impakt faktoru isə 2.0 təşkil edib. Jurnal bu göstəricilərlə “Web of Science Core Collection” bazasında riyaziyyat kateqoriyası üzrə indekslənən 492 jurnal arasında 8-ci, tətbiqi riyaziyyat kateqoriyası üzrə isə 345 jurnal arasında 12-ci yeri tutub.



