
Malayziyada bir ailə yenicə alınmış avtomobildə qəzaya düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Malaka yarımadasında yerləşən Pinanq ştatında baş verib.
21 yaşlı Ahmad Fahim yeni aldığı avtomobili idarə edərkən qarşı yola çıxıb və yük avtomobilinə çırpılıb. Salonda olan bir ailənin 7 üzvündən 6-ı hadisə yerində dünyasını dəyişib. Yalnız 3 yaşlı qız ağır xəsarətlər almasına rəğmən sağ qalıb.
Qeyd edək ki, qəzanın baş vermə səbəbləri bilinmir.
L.Tağıyeva



