|
|
|
|

İran və ABŞ nümayəndə heyətləri cümə günü İsveçrədə birbaşa danışıqların ilk raundunu keçirəcəklər. Bu danışıqlar zamanı İranın nüvə proqramı da daxil olmaqla, bir sıra texniki məsələləri müzakirə ediləcək.
525.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.
Qeyd olunub ki, tərəflər İranın nüvə proqramı ilə bağlı siyasi aspektləri, sanksiyaların ləğvi və İranın aktivlərinin dondurulmasının aradan qaldırılmasına dair hüquqi aspektləri, eləcə də Livan və “Hizbullah”ın fəaliyyəti ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırırlar.
Kanalın mənbələrinə görə, danışıqlarda Qətər və Pakistan nümayəndələri iştirak edəcək, Türkiyə və Səudiyyə Ərəbistanından nümayəndələrin bəzi görüşlərdə iştirak edəcəyi gözlənilir. Görüşlər Sürixdə baş tuta bilər.
Pərvanə Sultanova



