|
|
|
|

"Azərbaycan Prezidenti İlham Əliyev hazırda Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 min insanın yaşayıb, çalışın və təhsil aldığını bildirib".
525.az xəbər verir ki, Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxış edən dövlət başçısı qeyd edib ki, müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard dollardan artıq vəsait ayrılıb:
"Bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır".



