
“Müasir texnologiya və yeni əkinçilik metodları ortaya çıxıb və uğur qazanmaq üçün biliklərinizi təkmilləşdirərək zamanla ayaqlaşmaq lazımdır. Lazımi şərait yaradılarsa, torpaqda işləyən insanların sayı artacaq, hətta bu, onların əsas məşğuliyyəti olmasa belə”.
Bunu iqtisadçı ekspert Rauf Qarayev 525.az-a bildirib. Ekspertin sözlərinə, istehsalın artmasının kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsinə gətirib çıxarıb-çıxarmayacağına gəldikdə isə, ekspert hesab edir ki, inflyasiya səbəbindən kəskin azalma gözlənilmir. Bununla belə, o qeyd edir ki, idxaldan asılılığı azaltmaq üçün kənd təsərrüfatı istehsalının artırılması zəruridir:
“Bundan əlavə, bu, işsizliyin azaldılması, yeni peşələrin yaradılması və kənd təsərrüfatı sektorunda təlim səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün təsirli bir vasitədir. Əgər bir məqsədimiz varsa və müvafiq addımlar atsaq, bu istiqamətdə uğur qazanacağıq. Torpaqların konsolidasiyası Azərbaycanın bütün kənd təsərrüfatı çərçivəsinin strateji cəhətdən yenidən qurulması deməkdir. İslahatların uğuru bütün mülkiyyətçi qruplarının, xüsusən də kiçik mülkiyyətçilərin ən həssas qruplar kimi maraqlarının nə dərəcədə qorunmasından asılı olacaq”.
Sevinc Qarayeva



