
Bu ilin yanvar-may aylarında Azərbaycanda 591,4 min ton avtomobil benzini istehsal edilib.
525.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 7,9 % çoxdur.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 457,1 milyon manat olmaqla, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 4,1 % azdır.
Ötən 5 ay ərzində Azərbaycanda 31 min ton mazut istehsal edilib. Bu göstərici 2025-ci il ilin 5 ayı ilə müqayisədə 45,2 % azdır.
Ötən aylar ərzində Azərbaycanda 937,9 min ton həcmində dizel yanacağı istehsal edilib ki, bu göstərici də ötən ilin yanvar-may ayları ilə müqayisədə eyni qalıb.
Hesabat dövründə 17,4 min ton sürtkü yağları, 51,3 min ton neft bitumu istehsal edilib. Ötən ilin yanvar-may ayları ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 16 % çox, neft bitumunun istehsalı isə 41,4 % azalıb.
Həmçinin, hesabat dövründə ölkədə 79,4 min ton maye qazlar, 217 min ton ağ neft, 97,3 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda neft koksunun istehsalı 14,9 % artıb, ağ neftin istehsalı 18,7 %, maye qazların istehsalı isə14,3 % azalıb.



