https://525.az/img/pics/medium/2026-06/394750_rexprfdyru.jpg “Mavi dənizin sahilində” diqqət çəkən məqamlar 
https://525.az/img/pics/medium/2026-06/394706_lzlu2vk4xb.jpg Sabah 38 dərəcə isti olacaq
https://525.az/img/pics/medium/2026-06/394685_uaq97i7dc8.jpg Sabah ölkə üzrə pensiyalar ödəniləcək
https://525.az/img/pics/medium/2026-06/394666_1j8dxoxgmq.jpg Neft Emalı Zavodunda yanğın söndürülüb - YENİLƏNİB
search
18 İyun 2026

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib.

525.az-a bu barədə Milli Paralimpiya Komitəsindən (MPK) bildirilib.

Çempionatda 30-a yaxın yeniyetmə və gənc paraüzgüçü 9 müxtəlif kateqoriya üzrə mübarizə aparıblar.

Tədbirdə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli Paralimpiya Komitəsinin rəhbərliyi, tərəfdaş qurumların nümayəndələri və idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

Ölkəmizdə ilk dəfə təşkil olunan çempionatın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafına dəstək vermək, eləcə də gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək perspektivli paraüzgüçülərin müəyyənləşdirilməsi və paraüzgüçülük üzrə ehtiyat qüvvənin formalaşdırılmasına töhfə vermək olub.

MPK-nın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Paralimpiya İdman Kompleksində baş tutan birinciliyin sonunda qaliblərə medal, sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu yarış ölkədə paraüzgüçülük növünün inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və milli komanda üçün namizədlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.