|
|
|
|

Çin İsraili və digər maraqlı tərəfləri ABŞ ilə İran arasında əldə edilmiş razılaşmalara uyğun hərəkət etməyə çağırıb.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Jian brifinqdə bildirib.
“Bu həlledici məqamda bütün maraqlı tərəflər, o cümlədən İsrail, regionda sülh və sabitlik maraqlarını rəhbər tutaraq hərəkət etməlidirlər. Birinci mərhələdə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə, ikinci mərhələdə danışıqların irəliləməsinə töhfə verən addımlar atılmalı, prosesə mane olan hərəkətlərdən isə çəkinilməlidir”, – o bildirib.
Diplomat, həmçinin vurğulayıb ki, Çin “Yaxın Şərqdə davamlı sülh və sabitliyin təmin olunması üçün yorulmadan səylər göstərərək, öz təsir imkanlarından istifadə etməyə və beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirməyə hazırdır.
Pərvanə Sultanova



