|
|
|
|

İtaliyanın xarici işlər naziri Antonio Tayani ABŞ prezidenti Donald Trampın Baş nazir Ciorcia Meloni barədə açıqlamasından sonra Birləşmiş Ştatlara səfərini ləğv edib.
525.az xəbər verir ki, bu barədə XİN başçısı “X” hesabında yazıb.
Onun səfəri 21-22 iyun tarixlərində nəzərdə tutulmuşdu.
"Prezident Trampın Baş nazir Ciorcia Meloni haqqında səsləndirdiyi ciddi və təhqiramiz ifadələr bütün İtaliyaya qarşı təhqirdir. Bu səbəbdən 21-22 iyun tarixlərində ABŞ-a planlaşdırılan səfərimi ləğv etmək qərarına gəldim", - nazir Antonio Tayani bildirib.
Qeyd edək ki, Tramp İtaliyanın La7 televiziya kanalının jurnalistinə bildirib ki, Baş nazir Ciorcia Meloni Fransada keçirilən G7 sammiti çərçivəsində şəkil çəkdirmək üçün ona yalvarıb.
Əlavə edib ki, şəkil çəkdirməyə də bilərdi, amma Meloniyə yazığı gəlib.
Pərvanə Sultanova



