|
|
|
|

DÇ-2026-da qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən Çexiya - CAR matçı (1:1) mundialların tarixinə düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünya çempionatları tarixində ilk dəfə olaraq hər iki komandanın baş məşqçisinin yaşı 70-dən yuxarı olub.
Çexiya millisinin baş məşqçisi Miroslav Koubek 75 yaşındadır. O, 1 sentyabr 1951-ci ildə Praqada anadan olub.

Koubekin CAR millisindəki həmkarı Uqo Broosun isə 74 yaşı var. Belçikalı mütəxəssis 1952-ci ilin 10 aprelində dünyaya gəlib.
Qeyd edək ki, Kurasao millisinin çalışdırıcısı 78 yaşlı Dik Advokat Almaniya ilə matçda dünya çempionatları tarixinə ən yaşlı məşqçi kimi düşüb.
İbrahim Cəfərov



