|
|
|
|

Portuqaliya milli komandası DÇ-2026-dakı ilk oyununda Konqo Demokratik Respublikası ilə oyunda (1:1) qapıya doğru cəmi 7 zərbə endirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticə ilə Portuqaliya yığması dünya çempionatlarında antirekordunu təkrarlayıb.
Buna qədər portuqallar yalnız 2002-ci ildə keçirilən dünya çempionatında Cənubi Koreya ilə matçda rəqib qapısına cəmi 7 zərbə endirmişdilər.
Qeyd edək ki, həmin mundialda Portuqaliya millisi qrupda qalmışdı.
İbrahim Cəfərov



