
Azərbaycanda utilizasiyaya verilən avtomobilərin köhnəsi 1948-ci ilin, ən yenisi isə 2025-ci il istehsalı olub.
525.az xəbər verir ki, bu barədə jurnalistlərə Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə təşkil olun mediatur çərçivəsində deyilib.
Qeyd edilib ki, 2025-ci il istehsalı olan 5 ədəd avtomobil utilizasiyaya təhvil verilib. Onlar qəzaya düşən və yaxud yanmış maşınlar olanlar olub.
Həmçinin bildirilib ki, 1969-cu ilə qədər istehsal olunan 110, 1970-1979 arasında istehsal olunan 4154, 1980-1989-cu illər arasında istehsal olunan 11995, 1990-1999-cu illər arasında istehsal olunan 9715, 2000-2009-cu illər arasında istehsal olunan 3226, 2010-2019-cu illər arasında istehsal olunan 751, 2020-2025-ci illər arasında isə istehsal olunan 49 avtomobil utilizasiyaya verilib.



