|
|
|
|

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İtaliyanın Baş naziri Ciorciya Meloni Fransada keçirilən G7 sammiti çərçivəsində şəkil çəkdirmək üçün ona yalvarıb.
525.az xəbər verir ki, bu barədə Tramp İtaliyanın La7 televiziya kanalının jurnalisti ilə telefon danışığı zamanı deyib.
"Yəqin ki, onunla danışdığıma görə sevinir. Onunla danışmaq məcburiyyətində deyildim. O, mənimlə şəkil çəkdirmək üçün yalvarırdı. Mən bunu etməyə də bilərdim, amma ona yazığım gəldi”, - ABŞ prezidenti söyləyib.
Tramp daha əvvəl bütün Avropa liderləri kimi Melonini də İran və Hörmüz boğazı ilə bağlı məsələdə kömək etmək istəməməkdə günahlandırıb. İtaliyanın Baş nazirinin Roma Papasını açıq şəkildə müdafiə etməsi və Amerika liderinin onun haqqındakı fikirlərini qəbuledilməz adlandırması gərginliyi daha da artırmışdı.
Pərvanə Sultanova



