https://525.az/img/pics/medium/2026-06/394801_5do1ubt3do.jpg "Rəmiş" dastanı - Qan Turalı yazır
https://525.az/img/pics/medium/2026-06/394862_dkt6eda0hh.jpg Yenilməz söz yolçusu - Afaq Məsud yazır
https://525.az/img/pics/medium/2026-06/394809_4427s23f1y.jpg Yuxuları ərşə çəkən mundial - İlqar Tağıyev yazır
https://525.az/img/pics/medium/2023-03/261149_lh9qbcfwzl.jpg Yaza bilmədiyim kitaba söz - Vilayət Quliyev yazır
search
19 İyun 2026

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.

525.az xəbər verir ki, Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.

Aydın Süleymanlı dünya reytinqinin liderinə qalib gəlməklə şahmat mediasının diqqətini cəlb edib. Yekunda Azərbaycanın “Odlar Yurdu” komandası Maqnus Karlsenin çıxış etdiyi turnirin əsas favoritlərindən biri olan “WR Chess” üzərində qələbə qazanıb 3,5:2,5. 

Qeyd edək ki, “WR Chess”in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır.

Hazırda “Odlar Yurdu” komandasının 15 xalı var və 8-ci pillədə qərarlaşıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.