|
|
|
|

“Prezident İlham Əliyevin 2022-ci il sərəncamı ilə təsdiq edilən 2022-2028-ci illər Dövlət Proqramı bu gün Azərbaycan təhsilinin və gənclər siyasətinin ən parlaq səhifəsidir. Təsəvvür edin, cari ilə qədər tam 1752 nəfər azərbaycanlı gənc dünyanın ən nüfuzlu, top universitetlərində təhsil almaq hüququ qazanıb. Bu, sadəcə bir təqaüd layihəsi deyil. Bu, dövlətimizin öz gəncinə olan sonsuz inamının və unikal qayğısının göstəricisidir! Viza rüsumundan tutmuş, təhsil haqqına, tibbi sığortasından aylıq yaşam xərclərinə qədər hər bir detal dövlət tərəfindən tam qarşılanır. Dünyanın ən nəhəng elmi mərkəzlərində bizim gənclərimiz dövlətimizin dəstəyi ilə biliklərə yiyələnirlər”.
Bu fikirləri 525.az-a təhsil eksperti Əmrah Həsənli söyləyib. Ekspert qeyd edib ki, ən qürurverici məqam isə odur ki, bu gənclər öz öhdəliklərini dərk edərək, aldıqları o dünya səviyyəli təhsillə vətənə qayıdırlar:
“Onlar qazandıqları təcrübəni, rəqəmsal bilikləri və innovativ ideyaları Azərbaycanın inkişafına, dövlətimizin güclənməsinə sərf etmək üçün geri dönürlər. Dünyanın top universitetlərində təhsil alan gənc vətənə qayıdıb Azərbaycanən çiçəklənməsinə öz töhvələrini verirlər".
Sevinc Qarayeva



