|
|
|
|

Futbol üzrə 2026-cı il dünya çempionatı davam edir.
525.az xəbər verir ki, az əvvəl mundialın daha bir oyunu başa çatıb.
D qrupunda Paraqvayla qarşılaşan Türkiyə yığması rəqibinə 0:1 hesabı ilə uduzub. Matçdakı yeganə qolu görüşün 2-ci dəqiqəsində Matias Qalarsa vurub. Migel Almeron 45+3-cü dəqiqədə qırmızı vərəqə almaqla Paraqvay yığmasını çətin vəziyyətə salıb. Lakin Türkiyə millisi say üstünlüyündən də istifadə edə bilməyib.
Bununla da, ardıcıl ikinci matçında da uduzan Türkiyə yığması pley-off şansını itirib. Son turda ABŞ-la matçda qələbə qazansa belə, “ay-ulduzlular”ın növbəti mərhələ şansı yoxdur.




