|
|
|
|

Azərbaycanda iyunun 19-da yabanı halda bitmiş 19,4 ton çəkidə 24 503 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Bu barədə 525 az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bununla yanaşı paytaxt və respublikanın ayrı-ayrı rayonlarında dörd avtomat silahı, bir tapança, qumbara, alışdırıcı, beş tüfəng, dörd patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar olunub.



