|
|
|
|

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
525.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi portuqaliyalı futbolçu Rodriqo Fernandeşi heyətinə qatıb. 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Fernandeş son olaraq “Şamaxı”nın formasını geyinib.
“Sportinq” klubunun yetirməsi olan Rodriqo bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin “Portu”nun əvəzedici komandasında da forma geyinib.



